İradə İbrahimova Türkiyə şou-biznesinə qatılır
Ailə qurduqdan sonra Türkiyədə məskunlaşan müğənni İradə İbrahimova qardaş ölkənin şou-biznesinə qatılmağa hazırlaşır. Bu barədə Lent.az-a məlumat verən müğənninin mətbuat katibi Zəminə Rəhimqızı bildirib ki, TRT-Avaz kanalında yayımlanacaq “Sərhəd tanımayan eşqlər” layihəsinin çəkilişindən sonra İradə İbrahimova ilə dostluq münasibətlərini daha da sıxlaşdıran layihənin aparıcısı, azərbaycanlı aktrisa Məlahət Abbasova onun qonşu ölkənin incəsənətində görünməsini vacib olduğunu və ona lazımi dəstək göstərəcəyini bildirib. Artıq Türkiyənin bir neçə telekanalı azərbaycanlı sənətçinin efirdə çıxışını təmin edib. Digər təkliflər isə həllini yaxın günlər üçün tapacaq.
Qeyd edək ki, fevralın 3-də yerli vaxtla saat 20:00-da TRT-Avaz kanalında “Sərhəd tanımayan eşqlər” layihəsinin növbəti verilişi nümayiş etdiriləcək. Veriliş ailə qurandan sonra başqa ölkələrdə yaşayan tanınmışlardan bəhs edir.
Ötən ay İradə xanımın evində qonaq olan çəkiliş qrupu onun və ailə üzvlərinin fikirləri ilə tanış olub, ailə söhbətlərini dinləyiblər. Saat yarımlıq vaxtı əhatə edən veriliş iki hissəlidir. Birinci hissə fevralın 3-də, ikinci isə fevralın 10-da eyni vaxtda yayımlanacaq.
Lalə Yusifqızı

Oxşar yazılar

Efirdən qovulan müğənni Zaurla klip çəkdirdi - VİDEO
7 iyul 2022 , 13:51
Müğənni Nurlan Əzizbəyli dəyişib belə oldu
7 iyul 2022 , 13:11
"Qızımı oxumağa qoymaram" - Eldəniz Məmmədov - VİDEO
7 iyul 2022 , 11:39Məhkəmə Tatlısesin mirasını ona verəcək - QƏRAR
7 iyul 2022 , 10:42Aktrisa əsgərlikdən qayıdan oğlunu belə qarşıladı - VİDEO
6 iyul 2022 , 19:06
Məşhur aktyor ata oldu - FOTO
6 iyul 2022 , 15:59
Əməkdar artist efirdə ağladı: "Gətirib 5 min manat veriblər ki..." - VİDEO
6 iyul 2022 , 11:46