“Muğamın hüdudsuz aləmi” filminin təqdimatı oldu
25 yanvar 2010 13:15 (UTC +04:00)

“Muğamın hüdudsuz aləmi” filminin təqdimatı oldu

Yanvarın 22-də Azərbaycan Bəstəkarlar İttifaqında I Beynəlxalq Muğam Festivalına həsr olunmaş filmin təqdimat mərasimi keçirildi. Lent. az-ın məlumatına görə, ilk olaraq Bəstəkarlar İttifaqının sədri xalq artisti, professor Firəngiz Əlizadə ötən ilin martında ölkəmizdə keçirilən festival və simpozium barədə söhbət açdı. Simpozium zamanı muğamlara həsr olunmuş 40 çıxışın olduğunu xatırlatdı: “Çıxışlar muğamlarımızın estetik gücünə həsr olunmuşdu. Xarici qonaqlar çıxışları o qədər bəyənmişdilər ki, xoş təəssüratlarını bu gün də bizimlə bölüşürlər. Festival barədə çoxlu nəşrlər çap olundu. Belə qərara gəldik ki. Bu festival ənənəvi hal alaraq 2 ildən bir keçirilsin və hər dəfə yeni çalarlar əks olunsun, səhnə əsərləri göstərilsin”.

Firəngiz Əlizadə qeyd etdi ki, bu aydan başlayaraq “II Beynəlxalq Muğam Festivalı ərəfəsində” adı altında hər ay bir tədbir keçiriləcək. İlk tədbir film nümayişi ilə başlanıb. Gələn ay isə kitab təqdimatı olacaq.

Çıxışdan sonra “Muğamın hüdudsuz aləmi” adlı film nümayiş olundu. Görkəmli tarzən Bəhram Mansurovun “Bayatı-Şiraz” ifası ilə başlanan filmin müəllifi Firəngiz Əlizadədir.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 597

Oxşar yazılar