“Yaşlı sənətkarlar bildiklərinin hamısını tələbələrinə öyrətmirlər”
Gənc müğənni Amil Həsənoğlu yeni bir klipini pərəstişkarlarının ixtiyarına verməyə hazırlaşır
Gənc müğənni Amil Həsənoğlu yeni klipini pərəstişkarlarının ixtiyarına verməyə hazırlaşır. Amil məşhur milli kinofilmlərimizdən olan “Bəyin oğurlanması”nın sound-trekini hazırlayıb. Bu barədə Lent.az-a məlumat verən müğənni bildirib ki, bu günlərdə rejissor Ceyhun Kərimiov həmin parçaya klip çəkəcək. Layihənin ideya müəllifi isə müğənninin prodüseri Rolanda məxsusdur.
“Görüm ay bəy, toyun mübarək olsun” adlanacaq klip məzəli janrda çəkilib. Paralel olaraq albom hazırlığı da aparılır. Amilin sayca üçüncü albomu həm CD, həm də DVD şəklində buraxılacaq: “Deyirlər ki, Rəşid Behbudov, Şövkət xanım Ələkbərova kimi səslər daha yoxdur. Mən bu fikirlə qətiyyən razılaşmıram. Bu gün çox güclü səsi, istedadı olan gənclərimiz var ki, onların tanınmağı üçün şərait yaranmalıdır. Mən həm Bülbül adına musiqi məktəbində, həm də Milli Konservatoriya təhsil almışam. Təhsil aldığım müddətdə elə güclü səsi olan gənclərlə tanış olmuşam ki, onları heç kim tanımır, dəstək olmur. Rəşid Behbudovun dövründə istedadı olanlara böyük sənətkarlar dəstək olurdu. Çox təəssüf ki, bu gün belə deyil. Hətta yaşlı nəsil sənətkarlar arasında elələri var ki, bildiklərinin hamısını tələbələrinə öyrətmirlər. Sanki xəsislik edirlər, qorxurlar. Nədən qorxursunuz? Siz artıq sənətdə möhürünüzü vurubsunuz, indi gənclərə şərait yaratmalısınız. Mən özüm Prezident təqaüdçüsüyəm. Əgər mənim üçün belə efirə çıxmaq problem olursa, məndən də verilişlərə çıxmaq üçün pul istəyirlərsə, görün başqa gənclər üçün özlərini tanıtmaq, səhnədə olmaq nə qədər çətindir...”
Sənətçi solo konsert vermək arzusunda olsa da, hələ ki yeni ildə bunu reallaşdırmağı nəzərdə tutmayıb. Onun sözlərinə görə, 2011-ci ildə solo konsert proqramı ilə çıxış edəcək. Bunun üçün Amil ciddi hazırlığa ehtiyac olduğunu da vurğulayıb.
Lalə Yusifqızı

574