Emin Ağalarovun ABŞ turu başlayıb - FOTO
18 sentyabr 2012 15:19 (UTC +04:00)

Emin Ağalarovun ABŞ turu başlayıb - FOTO

Sentyabrın 17-dən etibarən tanınmış müğənni və biznesmen Emin Ağalarovun ABŞ promo-turu başlayıb. Lent.az-ın məlumatına görə, turun məqsədi Eminin “Baby Get Higher” sinqlina dəstək verməkdir. Tur çərçivəsində Emin ABŞ aparıcı KİV nümayəndələri ilə görüşüb, radio və televiziya verilişlərində iştirak edib.

Dünən Eminin Birləşmiş Ştatların tanınmış Sirius XM Radio, Anderson Cooper TV Show i Hollywoodlife.com KİV-lərində görüşü keçirilib. Bu gün isə o, “Wall Street Journal”, Huffington Post & AOL, Getty Photos, US Weekly Magazine, Entertainment Tonight , Meeting at NBC, Billboard Magazine , Interview with Chuck Taylor (Former Senior Music Editor of Billboard Magazine and Music Reviewer), Bitter End Show with Ali Isabellada qonaq olub.

Qeyd edək ki Eminin “Walk Through Walls” adlı yeni, sayca dördüncü sinqli hal-hazırda Böyük Britaniya radiostansiyalarda geniş yayımlanır. Qalan 3 sinql isə Top 40-a düşə bilib. Rusiyada Eminin “Heart Keeps Beating” adlı mahnısı isə daha populyardır. Emin mahnını ilk olaraq həm ingilis, həm də rus dillərində yazıb.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2498

Oxşar yazılar