Goranboyda kişi keçmiş arvadını bıçaqlayıb.
Lent.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Şəhər sakini 38 yaşlı Babakişi Abdullayev keçmiş arvadı, Zaqatala rayon sakini 29 yaşlı Fatimə Ömərovanı bıçaqlayıb.
DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 29 yaşlı Fatimə Ömərovaya kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən, 38 yaşlı Babakişi Abdullayev saxlanılaraq istintaqa təhvil verilib.