Xoruz döyüşündə  QƏTLİAM:   silahlılar 20 nəfəri öldürdü
30 mart 2022 09:05 (UTC +04:00)

Xoruz döyüşündə QƏTLİAM: silahlılar 20 nəfəri öldürdü

Meksikada silahlı şəxslər ölkənin qərbində xoruz döyüşdürülən yerə hücum edərək 20 nəfəri öldürüb, daha bir neçə nəfər xəstəxanaya yerləşdirilib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, atışma güclü Xalisko “Yeni nəsil” kartelinin narkotik ticarəti marşrutlarına nəzarət etmək üçün daha kiçik yerli dəstələrlə mübarizə apardığı Miçoakan ştatının Las-Tinajas şəhərində baş verib.

Prokurorluğun açıqlamasında yaralılardan üçünün qadın olduğu bildirilir. Onların hamısı güllə yarası alıb. 
 

# 2652
avatar

Oxşar yazılar