Manyak tanış olduğu qadını zorlayıb öldürdü
25 aprel 2024 16:22 (UTC +04:00)

Manyak tanış olduğu qadını zorlayıb öldürdü

Rusiyanın paytaxtı Moskvada bir kişi qadınla sosial şəbəkədə tanış olub, sonra onu zorlayıb vəhşicəsinə öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, 43 yaşlı Aleksandr ötən ilin yayında 60 yaşlı evli Olqa ilə tanış olub.

Noyabrın sonunda manyak Olqanı Yeni Moskvadakı evinə dəvət edib. Bu barədə qadın ərinə xəbər verərək, gedib. Lakin qaydalardan birini pozaraq evə qayıtmayıb. Ər arvadının sevgilisinə zəng edib, o, qadının guya ondan ayrıldığını, özünün də onun hara getməsindən narahat olduğunu deyib.

Olqa axtarışa verilib. Polislər Aleksandrın evində də axtarış aparıblar, lakin əvvəlcə heç bir dəlil tapmayıblar.

Müstəntiqlər həmin şəxsi 6 ay sonra saxlayıblar. O, hər şeyi etiraf edib: Olqanı boğduğunu, cəsədini mümkün qədər dərin basdırdığını, sonra isə hər yerdə barmaq izlərini sildiyini söyləyib.

Məlum olub ki, Aleksandr təcrübəli qatildir. 2006-cı ildə manyak bir qadın və uşaq da daxil olmaqla üç nəfəri bıçaqlayaraq öldürüb. Cinayətkar 18 il həbsdə olub və 2023-cü ilin yazında sərbəst buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4359
avatar

Oxşar yazılar