Saxlanılan şəxs və ələ keçirilən sübutlar
03 fevral 2022 09:48 (UTC +04:00)

Saxlanılan şəxs və ələ keçirilən sübutlar

Üzərində narkotik və silah daşıyan tutuldu

Masallıda üzərində silah və narkotik gəzdirən şəxs ələ keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Masallı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və üzərində odlu silah gəzdirməkdə şübhəli bilinən rayon sakini Cavid Bəyəliyev saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən yarım kiloqrama yaxın narkotik vasitə qurudulmuş marixuana, bir ədəd lüləsi kəsilmiş odlu silah tüfəng və bir ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Masallı rayon Polis Şöbəsində araşdırma aparılır.

# 1377
avatar

Mehman Nəbiyev

Oxşar yazılar