Ukraynada  azərbaycanlı narkobaron öldürüldü-  VİDEO  - YENİLƏNİB
24 aprel 2021 20:34 (UTC +04:00)

Ukraynada azərbaycanlı narkobaron öldürüldü- VİDEO - YENİLƏNİB

Dnepdə killerin  qətlə yetirdiyi Ənvər Məmmədovla bağlı daha bir təfərrüat açıqlanıb.

Lent.az-ın Ukrayna mediasına istinadla verdiyi xəbərə görə, o, qardaşı ilə birlikdə Krivoy-Roqda narkotik topdansatışı ilə məşğul olan “Mamedovskie” mütəşəkkil cinayətkar qruplaşmasının lideri idi. 

Dəstənin 50-dən çox “yaraqlı”sının olduğu bildirilir. 

Məlumata görə, qardaşlar təkcə Krivoy-Roqun bir neçə rayonunu yox, Dnepropetrovsk vilayətinin bir neçə şəhərinə də nəzarət edirmiş. 

Digər məlumatda, əvvəllər Məmmədovların kafelərinin, buna qədər isə onlardan birinin avtomobilinin yandırıldığı qeyd edilir. 

***

20:21

Ukraynada azərbaycanlının qətli ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb.

Lent.az-ın Ukrayna mediasına istinadla bildirir ki, öldürülən Ənvər Məmmədov Krivoy-Roqdakıı “Mamedovskie” mütəşəkkil cinayətkar qruplaşmasının lideri idi və narkotikin topdan satışı ilə məşğul olurmuş.

Onun “Artist” restoranındakı müştəriləri mütəmadi narkotiklə təmin etdiyi də üzə çıxıb. 

Qeyd etdiyimiz kimi, 42 yaşlı azərbaycanlının avtomobilində oğlu da olub. O, atasının güllələnmə anının şahidi olub. 

Şahidlərin sözlərinə görə, oğlanın əli qan içində olub. Onu sakitləşdirmək üçün restorana aparıblar. Hadisə yerinə uşağın anası çağırılıb. 

***

18:29

Dneprdə "Artist" restoranının yanında oğlu ilə avtomobilində gedən kişini Yavornitsk prospektində güllələnib.

Lent.az-ın Ukrayna mediasına istinadla verdiyi xəbərə görə, 42 yaşlı kişi hadisə yerində keçinib.

Məlumata görə, hərəkətdə olan zaman “Toyota Land Cruiser”ə killer yaxınlaşaraq atəş açıb. Kişi maşından düşüb qaçanda relsin üzərinə yıxılıb. Killer ona yaxınlaşaraq bir neçə dəfə atəş açıb.

Onunla maşında olan oğlan xəsarət almayıb. Ölənin Ənvər Məmmədov olduğu bildirilir.

Polisdən verilən xəbərə görə, faktla bağlı cinayət işi qaldırılıb. Polis şəhərdə xüsusi əməliyyat keçirir.

Ukraynada 42 yaşlı azərbaycanlı güllələndi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7269
avatar

Oxşar yazılar