Türkiyəyə fahişəliyə aparılan azərbaycanlı qadınların sayı AÇIQLANDI
23 aprel 2021 12:59 (UTC +04:00)

Türkiyəyə fahişəliyə aparılan azərbaycanlı qadınların sayı AÇIQLANDI

“Ötən il Azərbaycanda insan alveri ilə bağlı 155 cinayət qeydə alınıb.

Lent.az xəbər verir ki, bunu Milli Məclisin iclasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator Seyfulla Əzimov deyib. Koordinator bildirib ki, həmçinin insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə bağlı 40 cinayət aşkarlanıb:

“Qeydə alınan hər iki cinayətin göstəricisi 2019-cu ilə nisbətən 14 fakt və ya 7.5 faiz artıb. Məcburi əmək cinayətlərinin hamısı, insan alveri cinayətlərinin isə 98 faizinin üstü açılıb. Onları törədən 7 nəfərdən ibarət 3 cinayətkar qrup zərərsizləşdirilib. Həmin cinayətlərə görə, 20 nəfər təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub. Cinayətlərə görə məsuliyyətə cəlb olunanların cinayətlərin sayından az olması, bir nəfərin bir neçə nəfəri insan alveri qurbanına çevirməsi ilə əlaqədardır. İnsan alverinə görə, axtarışda olan 23 nəfərdən 10-u tutulub. Xaricdə gizlənən 13 nəfərin isə ölkəmizə ekstradisiya olunması üçün işlər aparılır. Məhkəmələr tərəfindən 15 nəfərin 12-i azadlıqdan məhrum edilib, 2 nəfər şərti məhkum edilib, 1 nəfərin isə cəzası təxirə salınıb.

Müəyyən olunan 94 insan alveri qurbanından 93-ü Azərbaycan, 1-i isə əcnəbi vətəndaş olub. Onlardan 81-i cinsi istismar üçün Türkiyəyə, 4-ü Birləşmiş Ərəb Əmirliklərinə aparılıb. 9-u ölkədaxilində məcburi əməyə sövq edilib. Onların 80-i Daxili İşlər Nazirliyinin sığınacağına yerləşdirilərək, psixoloji və tibbi yardımlar göstərilib. Sosial təminatları üçün qeyri-hökumət təşkilatlarına yönləndirilib.

ƏƏSMN tərəfindən insan alveri qurbanlarının 12-i işlə təmin olunub, 25-i peşə kurslarına yönləndirilib. 58 nəfər isə ailələrinə təhvil verilib, 9-a şəxsiyyət vəsiqəsialması üçün köməklik göstərilib. Həmçinin onların hər birinə birdəfəlik 700 manat müavinət ödənilib”.

Seyfulla Əzimov həmçinin insan alveri qurbanlarının sayı baxımdan Azərbaycanı dünya ölkələri ilə müqayisə edib:

“Xarici ölkələrdə təhsil, nikah, iş, məişət zorakılığı, övladlığa götürmə və s. məsələlərlə bağlı qaynar-xəttə 5705 müraciət araşdırılaraq, təşəbbüskarlara zəruri izahatlar verilib.

BMT-nin hesabatına əsasən, dünya ölkələri üzrə orta statistik 100 min nəfərə 13 insan alveri qurbanı düşdüyü halda, ölkəmizdə bu göstərici 1 nəfər təşkil edir”.

İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator Seyfulla Əzimov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6840
avatar

Mehman Nəbiyev

Oxşar yazılar