Tələbə arvadını və 8 aylıq körpəsini  öldürən ata məhkəmədən VAXT İSTƏDİ
25 sentyabr 2024 11:37 (UTC +04:00)

Tələbə arvadını və 8 aylıq körpəsini öldürən ata məhkəmədən VAXT İSTƏDİ

Həyat yoldaşı və 8 aylıq körpəsini öldürməkdə təqsirləndirilən Fərid Hüseynlinin məhkəməsi davam etdirilib.

Lent.az-ın məlumatına görə, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən onlayn prosesdə onun vəkili çıxışı edib.

Daha sonra son söz demək üçün Fərid Hüseynliyə söz verilib. Lakin o, son söz demək üçün məhkəmə zalından çıxış edəcəyini əsas gətirərək məhkəmədən vaxt istəyib.

Məhkəmənin son iclası oktyabrın 7-nə təyin edilib.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Samir Məmmədov ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə ötən ilin iyununda Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Hüseynli Fərid Firdövsü oğlu 2003-cü il təvəllüdlü həyat yoldaşı Hüseynli Leyla Əlişan qızına və 8 aylıq körpəsinə kəsici-deşici alətlə xəsarət yetirərək öldürməkdə ittiham olunur. Daha sonra o, özünə xəsarət yetirib və xəstəxanaya yerləşdirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, L.Hüseynli Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin III kurs tələbəsi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3651
avatar

Fidan İlqar

Oxşar yazılar