Sumqayıtda arvadını boğaraq öldürən kişi tutulub.
Lent.az-ın əldə etdiyi məlumata görə, polis əməkdaşlarının isti izlərlə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1975-ci il təvəllüdlü Qorxmaz Quliyev saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, əri tərəfindən qətlə yetirilən Cəmalə Quliyeva tibb bacısı imiş.
***
saat 02:24
Sumqayıtda ər arvadını boğaraq öldürüb.
Lent.az xəbər verir ki, hadisə şəhərin Yaşıl Dərə yaşayış massivində qeydə alınıb.
1984-cü il təvəllüdlü Quliyeva Cəmalə İmran qızının həyat yoldaşı tərəfindən boğularaq öldürüldüyü bildirilir.