Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, Şəmkir şəhər sakini 53 yaşlı Fidayıl Mirzəməmmədov münaqişə zəminində, qardaşı oğlu 40 yaşlı Vüsal Mirzəməmmədovu bıçaqlayıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.(APA)