Saçını kəsib iynə ilə üzünü deşdi, polisə yalandan dedi ki...
09 may 2022 15:05 (UTC +04:00)

Saçını kəsib iynə ilə üzünü deşdi, polisə yalandan dedi ki...

Dəfələrlə dövlət qurumlarına eləcə də, polisə bilərəkdən yalan məlumat vermənin hüquqi məsuliyyət yaratdığı barədə xəbərdarlıqlar edilsə də təəssüf ki, bu kimi neqativ hallara hələ də rast gəlinir. Növbəti bu cür fakt Lənkəranda qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, rayon sakini Ş.H. adlı qadın polisə müraciət edərək yaşadığı evə 2 nəfər maskalı şəxsin daxil olaraq onu hədələdiyini, zor tətbiq edərək qızıl-zinət əşyalarını quldurluq yolu ilə ələ keçirdiyini bildirib. Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində qadının polisə bilərəkdən yalan məlumat verdiyi və heç bir quldurluq hadisəsinin baş vermədiyi müəyyən edilib. Araşdırmalarla Ş.H.-nın ailə üzvləri ilə yaşadığı münaqişə zəminində qayçı ilə öz saçını kəsdiyi, iynə ilə üz nahiyəsinə xəsarətlər yetiridiyi və zorakılığa məruz qalması ilə bağlı polisə bilərəkdən yalan məlumat verdiyi məlum olub. Qeyd olunanlar barədə bilərəkdən yalan məlumat verdiyini həmin şəxs özü də etiraf edib.

Hazırda faktla bağlı Lənkəran rayon Polis Şöbəsində araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4389
avatar

Mehman Nəbiyev

Oxşar yazılar