Rusiyada Azərbaycan vətəndaşı qətlə yetirilib.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə fevralın 26-da, gecə saatlarında Leninqrad vilayətinin Şlisselburq şəhərində baş verib. Belə ki, həmin şəhərdə yerləşən “Bakı” kafesinə daxil olan 39 yaşlı azərbaycanlı naməlum şəxslər tərəfindən güllələnib.
Hazırda faktla bağlı istintaq araşdırmaları aparılır.