Ruhi Əliyeva
06 aprel 2022 11:04 (UTC +04:00)

Ruhi Əliyeva

Ruhi Əliyevaya hədə-qorxu gələnlərə 21 il HƏBS CƏZASI

"Liatris Holding"in rəhbəri, iş qadını Ruhi Əliyevaya hədə-qorxu gələn şəxslərlə bağlı məhkəmə qərarı elan olunub.

Lent.az APA-ya istinadən xəbər verir ki, R.Əliyevanı şəxsi həyatı ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yaymaqla hədələyən Xudaverdi Mütəllimov və İntiqam Səmədov barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham verilib və həmin şəxslər məsuliyyətə cəlb ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Qərardan narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onların şikayətini təmin etməyib.

Ruhi Əliyeva APA-ya məlumatı təsdiq edib. O, bildirib ki, insanların şəxsi və iş həyatı barədə yalan məlumatlar yaymaq qanunaziddir və hər kəs kimliyindən asılı olmayaraq qanun və məhkəmə qarşısında cavab verməlidir.

# 4755
avatar

Oxşar yazılar