Rayonda qadınlar arasında dava:  Kişi bıçaqlandı
16 dekabr 2021 11:31 (UTC +04:00)

Rayonda qadınlar arasında dava: Kişi bıçaqlandı

Xaçmazda qonşusunu bıçaqlayan qadın saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, Xaçmaz rayonunun Xudat şəhər sakini Mərziyyə Qədiyeva mübahisə zəminində qonşusu Rasim Səmədovu bıçaqlayıb.

Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, M.Qədiyeva əvvəlcə qonşusu Zibeydə Həmrayevanın nalayiq ifadələr işlətməsinə görə onunla mübahisə edib. Daha sonra isə sonuncunun onunla belə rəftarından hiddətlənən M.Qədiyeva evdən mətbəx bıçağını götürüb Zibeydə Həmrayevanın əri Rasim Səmədovun işlədiyi yerə gedib və hadisəni törədib.

Faktla bağlı araşdırma aparılır.

# 1680
avatar

Mehman Nəbiyev

Oxşar yazılar