Astara sakinindən külli miqdarda narkotik aşkarlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Astara rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini T.Əliyev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 2 kiloqram 460 qram tiryək, 10 kiloqram 545 qram marixuana, 11 kiloqram 530 qram heroin, 4 kiloqram 220 qram metamfetamin və 4560 ədəd metadon həbi aşkar edilərək götürülüb.