Rayon sakini qohumunu güllələdi
22 iyun 2021 09:36 (UTC +04:00)

Rayon sakini qohumunu güllələdi

Sabirabad sakini qohumuna atəş açıb.

Sabirabad rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, iyunun 21-i saat 20 radələrində 50 yaşlı Mirqiyas Mirmövsümovun xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qohumu 34 yaşlı Fuad Zaidovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Mirqiyas Mirmövsümova odlu silahdan atəş açaraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Fuad Zaidov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1695
avatar

Mehman Nəbiyev

Oxşar yazılar