Qusarda DƏHŞƏTLİ QƏTL:  qaynını və arvadını BALTALADI  - YENİLƏNİB
11 avqust 2025 14:03 (UTC +04:00)

Qusarda DƏHŞƏTLİ QƏTL: qaynını və arvadını BALTALADI - YENİLƏNİB

Avqustun 10-u saat 6 radələrində Qusar rayonu ərazisində Şirin Ömərovun öldürülməsi və Şəlalə Ömərovaya xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, araşdırmalarla Vəkil Əlibəyovun rayonun Yuxarı Tahircal kəndində yerləşən fərdi yaşayış evində balta ilə çoxsaylı xəsarətlər yetirərək Şirin Ömərovu xüsusi amansızlıqla qəsdən öldürməsinə, Şəlalə Ömərovaya isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Vəkil Əlibəyov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub. 
 
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

***
12:37

Qusarda qətl hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə avqustun 10-da səhər saat 5 radələrində baş verib.

67 yaşlı Əlibəyov Vəkil  Saday oğlu qaynı 57 yaşlı Ömərov Şirin Şəmsəddin oğlunu baltalayıb. O, həmçinin zərərçəkənin arvadı 49 yaşlı Şəlalə Ömərovaya da xəsarət yetirib. Nəticədə Şirin Ömərov xəstəxanada keçinib.

Polis əməkdaşları cinayətdə şübhəli bilinən 67 yaşlı V.Əlibəyovu saxlayıblar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1022

Oxşar yazılar