Qızını boşayan kürəkənini öldürdü
25 oktyabr 2023 16:16 (UTC +04:00)

Qızını boşayan kürəkənini öldürdü

Türkiyədə qayınata kürəkənini qətlə yetirib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbulun Büyükçekmece adlanan ərazisində baş verib. 2 uşaq atası olan 35 yaşlı S.E. boşanma iddiası ilə məhkəmənin önünə gəlib. Burada o, arvadı və qayınatası 63 yaşlı R.K. ilə qarşılaşıb.

Tərəflər arasında yaranan mübahisə zamanı qayınata tapança ilə kürəkəninə 2 dəfə atəş açıb. Nəticədə güllələrdən biri onun başına dəyib və o, ölüb.

R.K. saxlanılaraq istintaqa təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4403

Oxşar yazılar