Gəncədə qardaşı arvadını öldürüb, qardaşının gəlini və nəvələrini bıçaqlayan Mahir Quliyevin cinayət işi üzrə ibtdai istintaq yekunlaşıb.
Lent.az-ın məlumatına görə, cinayət işi üzrə materiallar Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Dadaş İmanovun icraatına verilib.
Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Gəncənin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. 66 yaşlı Mahir Quliyev ailə münaqişəsi zəminində qardaşının həyat yoldaşı, Gəncə şəhər sakini, 53 yaşlı Quliyeva Ofeliya Həmid qızını bıçaqla qətlə yetirib.
Qardaşının gəlini, 37 yaşlı Quliyeva Günay Malik qızına, qardaşının nəvələri – 19 yaşlı Quliyeva Sevinc Elnur qızı və 15 yaşlı Quliyev Malik Elnur oğluna bıçaqla xəsarətlər yetirib.