Qardaşı oğlunu maşınla qovub  qəzaya saldı, sonra GÜLLƏLƏDİ
03 may 2025 20:00 (UTC +04:00)

Qardaşı oğlunu maşınla qovub qəzaya saldı, sonra GÜLLƏLƏDİ

Türkiyədə miras üstündə daha bir qətl törədilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kocaeli rayonun Kartepe qəsəbəsində baş verib. Miras üstündə aralarında ədavət yaranan Kənan A. qardaşı oğlu Məhəmməd A.-nın evinin qarşısına gedib. Burada əmi və qardaşoğlu arasında mübahisə başlayıb və sonradan davaya çevrilib. Dava zamanı Məhəmməd maşınına minərək qaçıb.

Kənan A. da öz avtomobili ilə onu təqib etməyə başlayıb. Nəticədə onların maşınları bir-birinə çırpılaraq, qəza törədib. Qəzadan sonra maşından enən Kənan A. tüfənglə atəş açaraq, Məhəmmədi yaralayıb. Hadisə yerinə gələn həkimlər gənc oğlanın öldüyünü müəyyən ediblər.

Kənan A. saxlanılıb və faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1398

Oxşar yazılar