"Qanuni oğru" “Qarabağski” həbs olundu
05 fevral 2025 13:44 (UTC +04:00)

"Qanuni oğru" “Qarabağski” həbs olundu

“Cambulski”, “Qarabağski” və “Orenburqski” kimi tanınan kriminal avtoritet Rəşid Xaçatryan Rusiyanın Kazan şəhərində həbs edilib.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, bu gün Kazan məhkəməsi onun barəsində həbs-qətimkan tədbirini yenidən seçib.

İstintaq nümayəndəsi təqsirləndirilən şəxsin “texniki” həbsi üçün vəsatət qaldırıb. 2019-cu ilin avqustundan həbsdə olan Xaçatryan həbs-qətimkan tədbirinin seçilməsinə istintaq təcridxanasından gəlib.

2023-cü ilin aprelində o, “oğru” statusuna və qrup halında bir sıra hədə-qorxu gəlməyə və cəhdlərə görə 18 il müddətinə xüsusi rejimli həbsxanada cəza çəkmək və 300 min cərimə ilə cəzalandırılıb. Lakin cinayətkar birlik təşkil etməkdə ittiham olunaraq bəraət alıb. Onunla yanaşı “Çistopol” tatar qruplaşmasının işində iştirak edən daha 9 nəfər bu iş üzrə mühakimə olunub.

Xaçatryan bütün maddələr üzrə təqsirli olduğunu rədd edib və 2024-cü ilin aprelində Nijni Novqorodda vəkili Kseniya Sokolova ilə birlikdə hökmün qismən ləğvinə nail ola bilib. Dördüncü Ümumi Yurisdiksiya Apellyasiya Məhkəməsi “qanuni oğru” adının verilməsi ilə bağlı epizod üzrə yekun qərarı qanunsuz hesab edərək Cinayət Məcəlləsinin 210.1-ci maddəsinə əsasən iş materiallarının Tatarıstan Respublikasının prokurorluğuna qaytarılması barədə qərar qəbul edib. Eyni zamanda müraciətdə məhkumun həbs müddəti 16 ilə endirilib.

Prokurorluq da öz növbəsində işi əlavə araşdırma üçün Tatarıstan Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsinə göndərib. Hazırda bu istintaq yekunlaşmaq üzrədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1095

Oxşar yazılar