Qadın sürücü piyadanı öldürdü
20 fevral 2021 16:00 (UTC +04:00)

Qadın sürücü piyadanı öldürdü

Sumqayıtda ölümlə nəticələnən yol qəzası olub.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fevralın 19-da saat 17 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini R.Cəfərova idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən həmyerlisi  İ.Quliyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

# 2964
avatar

Mehman Nəbiyev

Oxşar yazılar