Qadın narkotacir tutuldu, evdən...
19 mart 2021 12:21 (UTC +04:00)

Qadın narkotacir tutuldu, evdən...

Qəbələdə narkotik alverçisi saxlanılıb.

Lent.az DİN mətbuat xidmətinə istinadla bildirir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qəbələ rayon sakini N.Babayeva Sabunçu rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı üzərindən 5 qram heroin, kirayədə yaşadığı mənzildən isə 3 kiloqram 470 qram heroin, 500 ədəd metadon həbi və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

# 1818
avatar

Mehman Nəbiyev

Oxşar yazılar