Götürülən narkotiklər
25 mart 2022 10:14 (UTC +04:00)

Götürülən narkotiklər

Polisdən narkotik əməliyyatı: 16 kq...

Biləsuvarda külli miqdarda narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayonunun Qobu qəsəbəsinin sakini Şahin Nəzərli Biləsuvarda saxlanılıb. Baxış zamanı ona məxsus idman çantasından ayrı-ayrı bağlamalarda 14 kiloqram 335 qram narkotik vasitə heroin, 1 kiloqram 115 qram tiryək və 410 qram marixuana aşkarlanaraq götürülüb.

Aparılan araşdırmalarla Ş.Nəzərlinin xaricdə yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyi və onun vasitəsilə əldə etdiyi narkotik vasitələri deyiləcək yerlərə çatdırmaqla satışını təşkil etməli olduğu müəyyən edilib.

Faktla bağlı Biləsuvar rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşları təkcə son bir ay ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli 14 fakt aşkarlayıb. Nəticədə 40 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

# 2262
avatar

Mehman Nəbiyev

Oxşar yazılar