"Patı" satan daha 5 nəfər tutuldu
09 iyul 2021 12:20 (UTC +04:00)

"Patı" satan daha 5 nəfər tutuldu

Narkotik alverində şübhəli bilinənlərə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindıən Lent.az-a verilən məlumata görə, Yevlax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş O.Bəkirov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin (patı) aşkar edilərək götürülüb.

Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - O.Abdullayev, C.Mayılov və E.Abdullayev saxlanılıblar. Şəxsi axtarış zamanı O.Abdullayev və C.Mayılovdan metamfetamin, E.Abdullayevdən isə heroin aşkar edilərək götürülüb.

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə Bakı şəhər şəhər sakinləri, əvvəllər məhkum olunmuş E.Əyyubov və S.Əliquliyev paytaxtın Nizami rayonu ərazisində saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan heroin, metamfetamin və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2883
avatar

Mehman Nəbiyev

Oxşar yazılar