Öldürdü, doğradı, torbaya yığıb soyuducuya qoydu, sonra…
18 mart 2021 15:33 (UTC +04:00)

Öldürdü, doğradı, torbaya yığıb soyuducuya qoydu, sonra…

Krasnoyarsk sakini birgə yaşadığı kişini öldürüb doğradığı cəsədini soyuducuda gizlətməkdə şübhəli bilinir.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, istintaq versiyasına görə, 39 yaşlı qadın martın 7-dən 8-nə keçən gecə birgə yaşadığı 27 yaşlı kişi ilə spirtli içki qəbul edib. Onların mübahisəsi düşüb, qadın kişini sinəsindən bıçaqlayaraq öldürüb. 

Səkkiz gün sonra cinayətin izlərini gizlətmək üçün cəsədi parçalayıb, torbalara yığıb və soyuducuya qoyub. Bundan sonra qadın bir yük taksisi çağıraraq bu mətbəx avadanlığını şəhərin başqa bir ərazisinə aparmasını istəyib.

Lakin yükü aparanlar yolda soyuducudan qan sızdığını görüblər və şübhələnərək qadından içərisində nə olduğunu soruşublar.
.
Nəticədə qadın hər şeyi boynuna alıb, kişilər polisə müraciət ediblər. Bundan sonra qadına qarşı cinayət işi başlayıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1917
avatar

Oxşar yazılar