Nəvəsi keçmiş meri və həyat yoldaşını  öldürüb   çəlləyə atdı
05 fevral 2025 22:43 (UTC +04:00)

Nəvəsi keçmiş meri və həyat yoldaşını öldürüb çəlləyə atdı

Samara şəhərinin keçmiş meri Viktor Tarxov və həyat yoldaşı Nataliya güllələnərək öldürülüb. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Samara vilayəti üzrə İstintaq İdarəsindəki mənbəyə istinadən məlumat yayılıb.

Bildirildiyinə görə, qətliamda şübhəli bilinən qurbanların nəvəsi ifadə verməkdən imtina edir. Məlumdur ki, Tarxovlar ailəsi bu yaxınlarda Finlandiyadan Rusiyaya qayıdıb.

Digər məlumatda isə qeyd edilir ki, Viktor Tarxov və həyat yoldaşı Natalya güllələnməyib, döyülərək öldürülüb, bundan sonra onların cəsədləri təxminən bir aya yaxın metal çəlləklərdə saxlanılıb.

Müstəntiqlərin fikrincə, əsas şübhəli cütlüyün nəvəsi, hazırda həbsdə olan, lakin ifadə verməkdən imtina edən Yekaterina Belskayadır.

Viktor Tarxov 2006-2010-cu illərdə Samara şəhərinin meri vəzifəsində çalışıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 540

Oxşar yazılar