Nemtsovun qətli ilə bağlı  ŞOK AÇIQLAMA   – FTX-nın killerləri bir il izləyiblər
29 mart 2022 09:16 (UTC +04:00)

Nemtsovun qətli ilə bağlı ŞOK AÇIQLAMA – FTX-nın killerləri bir il izləyiblər

Federal Təhlükəsizlik Xidməti ilə əlaqəsi olan şəxslər siyasətçinin öldürülməsindən bir il əvvəl Rusiya müxalifətinin lideri Boris Nemtsovun ölkə daxilində hərəkətlərini izləyiblər.

Lent.az-ın məlumatına görə, bu barədə “Bellingcat”, “The Insider” və BBC-nin birgə apardığı yeni araşdırmada deyilir.

Jurnalistlərin bildirdiyinə görə, Valeri Suxarevin adına pasportu olan şəxs Boris Nemtsovu ən azı 13 dəfə Rusiyada səfərdə təqib edib, bu sonuncu dəfə siyasətçinin öldürülməsindən cəmi 10 gün əvvəl baş verib.

Eyni şəxs müxalifətçilər Aleksey Navalnı, Vladimir Kara-Murza və Dmitri Bıkovun zəhərlənməsi ilə bağlı əvvəlki araşdırmalarda da iştirak edib. Güclü sübutlar Suxarevin Federal Təhlükəsizlik Xidmətinin zabiti olduğunu göstərir.

Araşdırma zamanı məlum olub ki, Nemtsovun ən azı bir izlənməsində Suxarevə FTX-nın əməliyyatçısı olduğu iddia edilən başqa bir şəxs - Aleksey Krivoşçekov da qoşulub. 

Onlar Nemtsovun Rusiya prezidenti Vladimir Putinin ətrafına qarşı sanksiyaların genişləndirilməsi lehinə çıxışından dərhal sonra onu izləməyə başlayıblar.

2014-cü il yanvarın sonunda Nemtsov ABŞ-ın respublikaçı senatorları Con Makkeyn və Ron Consonla görüşüb və “qara” siyahıya salınması üçün onlara 13 şəxsin adını çəkib.

Bundan əvvəl xəbər verildiyi kimi, Çeçenistanın lideri Ramzan Kadırovun alayının batalyonlarından birinə rusiyalı müxalif siyasətçi Boris Nemtsovun qətlində əli olduğu bilinən Ruslan Geremeyev rəhbərlik edir.

Boris Nemtsov, 2015-ci il fevralın 27-də ukraynalı sevgilisi Anna Duritskaya ilə birlikdə olarkən Moskva şəhərindəki Kremlin körpüsünün yaxınlığında arxadan açılan atəş nəticəsində qətlə yetirilib.

Rusiyanın müxalifət siyasətçiləri Aleksey Navalnı, Dmitri Bıkov və Vladimir Kara-Murzanın zəhərlənməsi ilə də bağlı yeni təfərrüatlar ortaya çıxıb.

“Bellingcat”ın araşdırmasına görə, Rusiya müxalifətinin liderlərindən biri Boris Nemtsovu qətlindən əvvəl bir il izləyən Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının həmin 3 şəxsin zəhərlənməsində iştirak ediblər.  

Araşdırmaçılar bilet sifarişi bazasının məlumatlarını tədqiq ediblər. Məlum olub ki, ən azı üç FTX zabiti Valeri Suxarev, Dmitri Suxinin və Aleksey Krivoşçekov. Nemtsovu izləyiblər.

Daha sonra Suxarev Kara-Murzanı, Bıkovu və Navalnıyı zəhərləyən FTX qrupunda “yandırılıb”. Krivoşçekov isə ən azı Navalnının zəhərlənməsində iştirak edib.

FTX əməkdaşları 2014-cü ilin mayından 2015-ci ilin fevralına kimi Yaroslavl, Nijni Novqorod və Novosibirskdə Nemtsovu gizli şəkildə izləyiblər.

Sonuncu dəfə xüsusi xidmətin əməkdaşları Nemtsovu 2015-ci il fevralın 16-17-də izləyiblər. Fevralın 21-də Nemtsov Yaroslavla müşayiətsiz gedib, 27-də isə Moskvada güllələnib.

Fevralın 25-də Nemtsovun öldürülməsindən əvvəl FTX jurnalist Vladimir Kara-Murzanı izləməyə başlayıb. “The Insider” və “Bellingcat”in araşdırmaçılarının bildirdiyinə görə, qrup daha sonra jurnalisti iki dəfə əsəb pozucusu (görünür, Noviçok) ilə zəhərləyib.

# 3582
avatar

Oxşar yazılar