Narkotiki alan da, "kuryer" də saxlanıldı: GÖZLƏNİLMƏZ AN
12 avqust 2021 17:15 (UTC +04:00)

Narkotiki alan da, "kuryer" də saxlanıldı: GÖZLƏNİLMƏZ AN

Cəlilabadda narkotacir saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Quluzadəyə məxsus “Ford” markalı avtomobilə baxış keçirilib.

Bu zamanı oradan 2 kiloqram 530 qram heroin, 1 kiloqram 205 qram tiryək, 775 qram metamfetamin, 1 ədəd beşbarmaq və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə H.Quluzadənin narkotik vasitələri T.Babayevə çatdırmalı olduğunu müəyyən edilib.

Keçirilən tədbirlərlə T.Babayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin və marixuana aşkarlanıb.

# 5208
avatar

Mehman Nəbiyev

Oxşar yazılar