Hindistanda bir təhlükəsizlik şirkəti işçisi müdirini kiçik parçalara ayıraraq su hövzəsinə atıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Qucarat ştatının Surat şəhərində baş verib. “Dubey Security Services” özəl mühafizə şirkətinin rəhbəri Çandrabhan Debeyin qalıqları mayın 16-da tapılıb.
Onun yaxınları mayın 13-də hüquq-mühafizə orqanlarına ərizə yazıblar. Onlar bildiriblər ki, həmin şəxs ofisdən çıxıb və evə qayıtmayıb. Araşdırma zamanı məlum olub ki, onu köməkçisi Rəşid Ənsari qətlə yetirib.
Müstəntiqlərin fikrincə, Ənsari Debeyə evində hücum edib, onu öldürüb və parçalayıb. Cinayətkar cəsədin hissələrini iki torbaya qoyub və yaxınlıqdakı dərəyə atıb.