Oğurluq edən Rahil Bağırov
02 mart 2021 09:31 (UTC +04:00)

Oğurluq edən Rahil Bağırov

Mağazadan oğurluq edənlər saxlanıldı-FOTO

Cəlilabadda marketdən oğurluq edənlər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Cəlilabad rayonunun Qarazəncir kəndində yerləşən bir marketdən axşam saatlarında ümumilikdə 888 manat dəyərində nağd pul və tütün məmulatlarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub. Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Rahil Bağırov, Mətləb Verdiyev və Elbrus Bağırov saxlanılıb. Aparılan araşdırmalarla onların həmin gün rayon ərazisindəki daha bir marketdən oğurluq etdikləri müəyyən olunub. Saxlanıldıqdan sonra Rahil Bağırovun üzərinə keçirilən baxış zamanı ondan 1 ədəd “beşbarmaq” adlanan soyuq silah aşkarlanaraq götürülüb. 

Faktlarla bağlı araşdırma aparılır.

# 1173
avatar

Mehman Nəbiyev

Oxşar yazılar