Koronavirusdan ölənlərin qohumlarından rüşvət alan həkimlər tutuldu
14 aprel 2021 10:41 (UTC +04:00)

Koronavirusdan ölənlərin qohumlarından rüşvət alan həkimlər tutuldu

Patoloji anatomiya şöbəsinin müdiri və həkim COVID-19-dan mərhumun cəsədini təhvil verəndə rüşvət alanda tutulublar.

Lent.az-ın Ukrayna mediasına istinadla verdiyi xəbərə görə, xəstəxana işçiləri mütəmadi olaraq meyitlərin yarılmasının sürətləndirilməsi, soyuducuda saxlanılması, yuyulması, kəfənlənməsi və dəfnə hazırlanması üçün mərhumun yaxınlarından pul istəyiblər. Qeyd etmək lazımdır ki, xəstəxana işçilərinin pul aldıqları xidmətlər pulsuz göstərilir.

İstintaq hərəkətləri davam edir. Korrupsiya sxemində iştirak edə biləcək digər şəxslər müəyyən edilir.
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 20217
avatar

Oxşar yazılar