Keçmiş bələdiyyə sədri ilə bacısının 700 minlik dələduzluğu:  ŞOK FAKTLAR
02 iyun 2022 18:19 (UTC +04:00)

Keçmiş bələdiyyə sədri ilə bacısının 700 minlik dələduzluğu: ŞOK FAKTLAR

Ötən gün Bakının Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva və bacısı Turkut İlknurun dələduzluq əməlləri barədə məlumat vermişdik.

Lent.az həmin cinayət işi üzrə bir sıra təfərrüatlar əldə edib.

Məlum olub ki, A. Əliyeva bacısı ilə birgə aralarında tanışları da olmaqla 11 nəfərə qarşı müəyyən miqdarda maddi zərər vurublar. Onlar 3 nəfəri qızıl alıb satmaq adı ilə aldadaraq, ümumilikdə 716 min manat pullarını mənimsəyiblər.  A.Əliyeva özü bələdiyyə sədri olduğu vaxtlarda bir neçə nəfərdən də rüşvət alıb. O, bu əməlini 3 fakt üzrə köhnə tarixdə olan torpaqları başqalarının adına keçirməklə edib. Bunlardan əlavə, keçmiş qadın sədr sənəd saxtalaşdırmaqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə də ittiham olunur.

Onların barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsilə ittiham elan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5775
avatar

Mehman Nəbiyev

Oxşar yazılar