Ələ keçirilən narkotiklər
15 noyabr 2021 10:11 (UTC +04:00)

Ələ keçirilən narkotiklər

Heroin satan keçmiş məhkum tutuldu - FOTO

Gəncədə qanunsuz narkotik saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini əvvəllər məhkum olunmuş, Vəfadar Hüseynov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman müxtəlif sellofan və kağız bükümlərdə, külli miqdarda narkotik maddə olan heroin aşkar edilib.

Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilb, faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1443
avatar

Mehman Nəbiyev

Oxşar yazılar