Həbsxanada vəziyyətə baxan  azərbaycanlı avtoritetə YENİ İTTİHAM
09 oktyabr 2024 16:12 (UTC +04:00)

Həbsxanada vəziyyətə baxan azərbaycanlı avtoritetə YENİ İTTİHAM

Rusiyada həbsxanada cəza çəkən azərbaycanlı kriminal avtoritetə yeni ittiham irəli sürülüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, bu barədə Kaluqa Vilayət Məhkəməsi qərar çıxarıb. Məhkəmə 52 yaşlı Azərbaycan Respublikası vətəndaşı olan kriminal avtoriteti AUE ekstremist təşkilatında iştiraka görə məhkum edib.

Məlumata görə, kriminal avtoritet Kaluqa vilayətinin Dzerjinski rayonunun Tovarkovo kəndindəki 3 saylı islah müəssisəsində cinayət iyerarxiyasında ən yüksək vəzifəni tutub. Bu vəzifə ona “qanuni oğru” tərəfindən tapşırılıb. İstintaq təcridxanasında müsadirə edilmiş çoxlu sayda dindirmə, videoyazıları və subkultura əşyalarını öyrənərkən məhkəmə ittihamların sübuta yetirildiyi qənaətinə gəlib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs törətdiyi cinayətlərə görə 17 il müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5013
avatar

Mehman Nəbiyev

Oxşar yazılar