Yunis Səfərov
30 mart 2021 18:25 (UTC +04:00)

Yunis Səfərov

Gəncənin keçmiş icra başçısını güllələyənə ömürlük həbs istənildi

Bakı Ağır Cinayətlər Məhkəməsində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov də daxil olmaqla 12 nəfər dəstə üzvünün cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

APA-nın xəbərinə görə, məhkəmə prosesində prokuror Yunis Səfərova ömürlük, Rasim Mustafayev, Akif Əliyev və Mahir Əzizova 20 il, Hamlet Abdullayev, Firudin Zeynalov Vüqar Məmmədov və Ceyhun Salahova isə 19 il həbs cəzası verilməsini istəyib.

Proses aprelin 13-ə qədər təxirə salınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2277
avatar

Oxşar yazılar