Gəncədə  ər arvadını   öldürdü
23 iyun 2022 17:20 (UTC +04:00)

Gəncədə ər arvadını öldürdü

Gəncədə qətl hadisəsi olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis baş leytenantı Eşqin Qasımov Lent.az-a bildirib ki, iyunun 23-də günorta radələrində Gəncə şəhər Baş Polis İdarəsinə şəhər sakini 25 yaşlı Aynurə Bayramovaya şəhər ərazisində bıçaqla qətlə yetirilməsi barədə məlumat daxil olub:

"Dərhal polis və şəhər prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar keçirib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, A. Bayramovanın həyat yoldaşı Rauf Vəliyev saxlanılaraq istintaqa təhvil verilib.

Fakta bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb araşdırmalar davam etdirilir".

# 4155
avatar

Mehman Nəbiyev

Oxşar yazılar