Gənc cütlük binadan yıxılıb öldü
20 sentyabr 2025 18:19 (UTC +04:00)

Gənc cütlük binadan yıxılıb öldü

0

Türkiyədə gənc cütlük binadan yıxılaraq ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Ordu şəhərinin Fatsa qəsəbəsinin Mustafa Kamalpaşa məhəlləsində baş verib.

Bir müddətdir birlikdə yaşayan 25 yaşlı Mert Tezlik və 20 yaşlı Dilek Avkaş beşmərtəbəli binanın 5-ci mərtəbəsindki evin eyvanından yıxılıblar. Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri gənc oğlanın öldüyünü müəyyən ediblər. Qız isə xəstəxanaya aparılsa da, burada görülən tədbirlərə baxmayaraq, keçinib.

Polis onların yaşadığı evdən narkotik maddə tapıb. Hadisənin intihar yaxud, başqa cinayət olduğu araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 30

Oxşar yazılar