Flora Kərimovanın şikayəti icraata götürüldü - Afət Fərmanqızı isə...
01 aprel 2022 15:37 (UTC +04:00)

Flora Kərimovanın şikayəti icraata götürüldü - Afət Fərmanqızı isə...

Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı bu gün məhkəmə iclas keçirib.

Lent.az-ın xəbərinə görə, Binəqədi rayon Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə Flora Kərimovanın vəkili şikayətlə bağlı dəlilləri məhkəmənin diqqətinə çatdırıb.

İttiham olunan tərəf Afət Fərmanqızı səhhəti ilə bağlı müalicə aldığı üçün prosesdə iştirak etməyib.

Xalq artisti Afət Fərmanqızının onun barədə dediklərini şəxsiyyətinə hörmətsizlik hesab etdiyi üçün şikayətin icraata qəbul olunmasını istəyib.

İttiham olunan tərəfin vəkili isə bu şikayətləri inkar edib.

Məhkəmə yekun qərarına əsasən xüsusi ittiham qaydasında verilmiş şikayət icraata götürülüb.

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edir.

# 2802
avatar

Fidan İlqar

Oxşar yazılar