Ev sahibi pulu verməyən kirayəşini döyüb öldürdü
12 aprel 2024 14:14 (UTC +04:00)

Ev sahibi pulu verməyən kirayəşini döyüb öldürdü

Rusiyanın Altay diyarının Barnaul şəhərində 37 yaşlı ev sahibi kirayəşini döyərək öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, ötən ilin mart ayında cinayət işi üzrə gələcək təqsirləndirilən şəxs küçədə evsiz olan 68 yaşlı kişi ilə tanış olub və yeni dostunu özü ilə yaşamağa dəvət edib.

Kişilər tez-tez birlikdə içki içiblər və kirayəçi mənzil sahibinə mənzil pulunu ödəyib. Lakin sonradan yaşlı kişi pasportunu itirib və pensiyasını almayıb. O, sənədi bərpa etməyə tələsməyib. Ona görə də mənzil üçün ödənişlər də dayanıb.

Nəticədə dekabrda dostlar mübahisə edib və mənzil sahibi kirayənişini döyərək, öldürüb. Məhkəmədə qatil günahını etiraf edib və peşman olub. O, qəsdən ölümlə nəticələnən ağır zərər vurmaqda ittiham olunub. Məhkəmə onu cəzasını ciddi rejimli koloniyada çəkməsi üçün 8 il müddətinə azadlıqdan məhrum edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5076
avatar

Oxşar yazılar