Ər evi səliqəsiz saxlayan arvadını  boğub öldürdü
23 avqust 2022 17:28 (UTC +04:00)

Ər evi səliqəsiz saxlayan arvadını boğub öldürdü

Rusiyanın İrkutsk vilayətində 45 yaşlı kişi arvadını mənzilin səliqəsiz saxladığına görə öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, İrkutsk vilayətində müstəntiqlər 45 yaşlı kişini 37 yaşlı birgə yaşadığı həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilib.

Məlumata görə, Şelexov şəhərinin Dəmiryol Vağzalı mikrorayonunda sərxoş vəziyyətdə olan müttəhim nikahda olan arvadı ilə evlərində baş verən nizamsızlıq səbəbindən mübahisə edib. Daha sonra kişi xanımını əlləri ilə boğub.

Faktla bağlı müstəntiqlər Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi (qətl) ilə cinayət işi açıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4149
avatar

Mehman Nəbiyev

Oxşar yazılar