Dünən yollarda 2 nəfər ölüb - KRİMİNAL XRONİKA
08 iyun 2022 12:34 (UTC +04:00)

Dünən yollarda 2 nəfər ölüb - KRİMİNAL XRONİKA

Respublikanın daxili işlər orqanları iyunun 7-də törədilmiş 61 cinayətin üstünü “isti izlər”lə açıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 79 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 47 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1770
avatar

Mehman Nəbiyev

Oxşar yazılar