Dünən ölkədə 88 cinayət hadisəsi olub -  KRİMİNAL XRONİKA
08 iyul 2022 12:00 (UTC +04:00)

Dünən ölkədə 88 cinayət hadisəsi olub - KRİMİNAL XRONİKA

İyulun 7-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 88-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 5-nin açılması təmin olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 53, o cümlədən borclu şəxs qismində axtarışda olan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2148
avatar

Mehman Nəbiyev

Oxşar yazılar