İsrəfil Alızadə, oğurluq edən
10 mart 2021 10:38 (UTC +04:00)

İsrəfil Alızadə, oğurluq edən

Dövlət binasından oğurluq edən saxlanıldı

İsmayıllı rayonu Cülyan kənd icra nümayəndəliyinin inzibati binasından 1700 manat dəyərində kompüter dəstini naməlum şəxs və ya şəxslər oğurlayıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, İsmayıllı rayon Polis Şöbəsinə məlumat daxil olan kimi hadisə yerinə baxış keçirilib. “İsti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş İsrəfil Alızadə saxlanılıb. Oğurladığı kompüterlər isə Quşencə kəndində yaşadığı evdən götürülərək maddi sübut kimi istintaqa təqdim olunub.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1512
avatar

Mehman Nəbiyev

Oxşar yazılar