Deputatdan  DƏHŞƏTLİ ƏMƏL:   Arvadını öldürdü, meşəyə aparıb basdırdı
03 aprel 2022 16:13 (UTC +04:00)

Deputatdan DƏHŞƏTLİ ƏMƏL: Arvadını öldürdü, meşəyə aparıb basdırdı

Krasnoyarsk diyarının Taseevski rayonunda məhkəmə 35 yaşlı arvadını öldürməkdə şübhəli bilinən 51 yaşlı kişini həbs edib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, istintaqın versiyasına görə, martın 28-də axşam saatlarında ər-arvad Taseevo kəndində yaşadıqları evdə içki içərək mübahisə ediblər. Aleksandr Xakonov əvvəlcə əli ilə arvadını vurub, sonra isə sinəsindən iki bıçaq zərbəsi endirib. O, aldığı xəsarətlərdən yerindəcə keçinib. Şübhəli şəxs qətlə yetirilən Yelena Xakonovanın meyitini kəndin yaxınlığındakı meşəyə apararaq zibilliyin yanında basdırıb.

Hüquq-mühafizə orqanlarındakı mənbənin bildirdiyinə görə, şübhəli şəxs Taseevski rayon şurasının deputatı olub.

Həyat yoldaşının öldürülməsindən bir neçə saat sonra o, itkin düşməsi ilə bağlı ifadə verərək polisə müraciət etsə də, hadisə yerinə gələn polislər qadının itkin düşməsinin cinayət xarakterli olduğunu müəyyən ediblər.

Dəlilləri kişiyə təqdim edəndə o, əməlini etiraf edib.
 

# 4572
avatar

Oxşar yazılar