DƏHŞƏTLİ QƏTLLƏ  bağlı YENİ XƏBƏR : dostu ilə birləşib...
30 avqust 2021 09:07 (UTC +04:00)

DƏHŞƏTLİ QƏTLLƏ bağlı YENİ XƏBƏR: dostu ilə birləşib...

Avqustun 28-i saat 20 radələrində Bərdə rayonu, Hacallı kəndində transformatorun içində kənd sakini, 33 yaşlı Səxavət Nəzərovun meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bərdə rayon Proukurorluğundan Lent.az-a verilən məlumata görə, prokurorluq və polis əməkdaşlarının həyata keçirdiyi kompleks  istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, zərərçəkmişin qardaşı 37 yaşlı İnayət Nəzərov tanışı, 33 yaşlı Şəhriyar Məmtiyev ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında kənd ərazisindəki subartezian quyusunun yanında Səxavət Nəzərova müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Daha sonra sonuncunun ölmədiyini görüb onu transformatorun içərisinə salaraq qəsdən öldürüblər.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İnayət Nəzərov və Şəhriyar Məmtiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

Hazırda istintaq  davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3063
avatar

Mehman Nəbiyev

Oxşar yazılar