Dayısı oğlunu girov götürüb yarım milyon dollar istəyənlərdən YENİ XƏBƏR
17 avqust 2021 11:15 (UTC +04:00)

Dayısı oğlunu girov götürüb yarım milyon dollar istəyənlərdən YENİ XƏBƏR

Bakıda dayısı oğlunu girov götürüb pul tələb edənlərin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Baş prokurorluğun İstintaq İdarəsində aparılmış istintaqla müəyyən edilib ki, Hüseynov Rafiq Əli oğlu tanışı Mehdiyev Anar Kamil oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində sahibkarlıq fəaliyyəti ilə məşğul olan dayısı Seyidov Mirəkbər Heydər oğlundan hədə-qorxu yolu ilə əmlak tələb etmək məqsədilə sonuncunun övladı Mirhəsən Seyidovu iradəsinə zidd olaraq adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum edib.

Daha sonra Rafiq Hüseynov dayısı Mirəkbər Seyidovun əmlakını hədə-qorxu ilə tələb edib ələ keçirmək məqsədilə Mirhəsən Seyidovun əlləri və ayaqları bağlı fotosunu Mirəkbər Seyidovun mobil telefon nömrəsinə göndərib, həmin dövrün məzənnəsi ilə 850.000 manata bərabər 500.000 ABŞ dolları məbləğində pul tələb ediblər.

Buna görə də, Hüseynov Rafiq Əli oğlu və Mehdiyev Anar Kamil oğluna Cinayət Məcəlləsinin 145.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz azadlıqdan məhrum etmə) və 182.4-cü (xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib. Barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilmişdir.

# 4590
avatar

Mehman Nəbiyev

Oxşar yazılar